2023- cü ilin mart ayında aşbazlara ərizə yazdırıb dövlət bağçasından azad edib "El Oba QSC" MMC şirkətinə qəbul etdilər. Vaxtı- vaxtında əmək haqlarını ödəmirdilər. 40 dərəcə istidə isti peçin qarşısında 200 uşağa yemək hazırlıyan aşpazların 2 aydı əmək haqlarını ödəmirlər. İşçilər bildirir ki, dövlət bağçasının balasında olan mətbəxin yenidən qurulmasını istəyirlər. Maaşların verilməməsi ilə əlaqədar MMC-yə müraciət edilmişdir. MMC-dən məlumat verildi ki, Təhsil Nazirliyi onların maaşlarını vermir. Əgər Təhsil Nazirliyi aşpazların müavinətini verirdisə, bəs niyə MMC şirkəti Nazirlik ilə razılşama edib bu işi götürüb? İşçilərin də təklifi budurki, onları əvvəlki iş yerlərinə qaytarsınlar. Əks halda cənab prezidentə müraciət edəcəklər.(tehsilmedia) Dia-az.İnfo xəbər verir ki, Keçən ilin məlumatına görə, Elm və Təhsil Nazirliyi Təchizat İdarəsi tərəfindən “EL-OBA” QSC ilə 2023-cü il ərzində Bakı şəhəri (Binəqədi və Nərimanov rayonları) ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınmasına dair 11.109.016,17 manat dəyərində satınalma müqaviləsinin bağlanılması barədə məlumat da 20.02.2023-cü il tarixdə açıqlanıb. Qeyd edək ki, Bakı şəhəri Nizami rayonunda 34, Nərimanov rayonunda isə 30 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təhsil Nazirliyinin Təchizat İdarəsi bu məktəbəqədər təhsil müəssisələrinin birinin yeməklə təchizatına orta hesabla 173 578 manat vəsait ayırıb. “EL-OBA” QSC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2000 manat, hüquqi ünvanı Bakı, Binəqədi rayonu, Biləcəri, Yeni Yaşayış sahəsi ev 6-dır. Şirkətin qanuni təmsilçisi Vüsal Maşalla oğlu Niftiyevdir. Elektron mediada QSC nin illik maliyyə hesabatları yayılıb. Göstərilir ki, “El-Oba” QSC 2022-ci ili 446 min manat xalis mənfəət ilə yekunlaşdırıb. 2021-ci ildə şirkətin xalis zərəri 339 min manat təşkil etmişdir. Şirkətin bina, qurğu və avadanlıqların amortizasiyası üzrə gəlir və xərcləri 8 561 manat olub. Əvvəlki il bu göstərici 9 137 manat təşkil edib. “El-Oba” QSC 2021-ci il 339 min manat xalis zərər ilə yekunlaşdırıb. 2020-ci ildə şirkətin xalis zərəri 400 min manat təşkil etmişdi. 2020-ci illə müqayisədə 2021-ci ildə “El-Oba” QSC-nin satışdan gəlirləri 7 dəfədən çox artaraq 6 milyon 744 min manat təşkil edib. Şirkət 2020-ci ildə 925 min manat gəlir əldə etmişdi. Qida Təhlükəsizliyi Agentliyinin qida təhlükəsizliyi qeydiyyatına alınma və qeydiyyatdan imtina halları ilə bağlı 2022-ci ilin dekabr ayına olan məlumatda qida təhlükəsizliyi qeydiyyatından imtina edilən sahibkarlıq subyektləri haqqında məlumatda “El-Oba” QSC-nin də adı keçir. Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun olmadığına görə “El-Oba” QSC-nin ictimai iaşə xidməti göstərməsinə icazə verilməyib. Cəmi bir ay sonra QSC iaşə xidmətinin göstərilməsi ilə bağlı 11 milyon manat dəyəri olan tender udub. Yəni göründüyü kimi, bu qurumun yetərincə gəlirləri olsa da, nədənsə 9işçi maaşlarını verməkdə problem yaşayır və bu işdə ETN-i günahkar kimi təqdim edir...